Vəzifə funksiyaları:
- Meta (Facebook və Instagram), Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlamaq, idarə etmək və optimallaşdırmaq.
- Marketinq strategiyasına uyğun media planlarının hazırlanmasında iştirak etmək.
- Reklam büdcəsini idarə etmək və kampaniyaların səmərəliliyini artırmaq.
- Lead Generation kampaniyalarını hazırlamaq, izləmək və optimallaşdırmaq.
- Google Analytics 4, Meta Ads Manager, Google Tag Manager və digər analitika alətləri vasitəsilə nəticələri təhlil etmək.
- CPC, CPM, CPL, CPA, CTR, ROAS və digər KPI-ləri mütəmadi izləmək və hesabatlar hazırlamaq.
- A/B testləri apararaq reklam kreativləri, auditoriyalar və kampaniya strategiyalarını optimallaşdırmaq.
- Pixel, Conversion API, Google Tag və digər izləmə sistemlərinin düzgün işləməsinə nəzarət etmək.
- CRM sistemi ilə inteqrasiyaları izləmək, lead keyfiyyətini analiz etmək və satış komandası ilə koordinasiyalı işləmək.
- SEO və veb-sayt performansının yaxşılaşdırılması üzrə təkliflər vermək.
- Bazarı, rəqibləri və rəqəmsal marketinq trendlərini davamlı araşdıraraq yeni imkanlar müəyyən etmək.
- Dizayn, kontent və satış komandaları ilə əməkdaşlıq edərək kampaniyaların effektiv icrasını təmin etmək.
- Həftəlik və aylıq performans hesabatları hazırlamaq və inkişaf üçün təkliflər təqdim etmək.
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali; (Biznes, marketinq və menecment sahələri üzrə olması arzuolunandır);
- İş təcrübəsi: müvafiq sahə üzrə 2-3 ildən az olmayaraq;
- Dil bilikləri: Azərbaycan dili , Rus dili,
- Meta Ads, Google Search Console, SEO üzrə biliklərə;
- Azərbaycan sərbəst yazı və danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır)
- Komanda ilə işləmə və eyni anda bir neçə layihəni idarəetmə bacarığı
İş Şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri - Çıraq Plaza (Tiblisi pr 49C)
- Əmək Haqqı: 1500-2000 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Rəqəmsal Marketing mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.