Avant Group Avant Group
  • 759

Avant Group

Tikinti

Sahə mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə mühəndisi

  • Deadline 28 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə funksiyaları:

  • Tikinti prosesinin gündəlik olaraq icra qrafikinə, layihə sənədlərinə və texniki tələblərə uyğun idarə olunması ;
  • Sahədə aparılan işlərin keyfiyyətinə və düzgün icrasına nəzarət etmək ;
  • Ustalar, briqadalar və subpodratçıların işini koordinasiya etmək və tapşırıqları sahə üzrə paylamaq ;
  • Layihə üzrə konstruktiv, memarlıq və mühəndis sistemlərinə aid rəsmləri oxumaq və işçilərə izah etmək ;
  • Günlük və həftəlik iş planlarının hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək ;
  • Materialların vaxtında və düzgün şəkildə sahəyə çatdırılması üçün müvafiq şöbələrlə koordinasiya aparmaq ;
  • Sahə ölçülərinin, iş həcmlərinin və görülmüş işlərin qeydlərini aparmaq ;
  • Keyfiyyətsiz və ya layihəyə uyğun olmayan işlərin aşkarlanması və operativ şəkildə aradan qaldırılması üçün tədbirlərin görülməsi ;
  • Texniki təhlükəsizlik qaydalarının sahədə icrasına nəzarət etmək ;
  • Görülmüş işlərin foto və yazılı hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
  • Subpodratçıların iş həcmlərinin qəbulunda iştirak etmək və icra sənədləşməsini aparmaq ;
  • İşlərin mərhələli şəkildə təhvil-təslim prosesində iştirak etmək ;

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (İnşaat üzrə);
  • Sahə mühəndisi və ya icra mühəndisi olaraq 2-3 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • AutoCAD bilikləri (Revit, Civil 3D, Microsoft Project  bilikləri üstünlükdür) ;
  • Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər haqqında güclü biliklər;  
  • Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı;  
  • Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı;  

Əmək şəraiti:

  • İş qrafiki: 6/1, 08:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı-2000-2500 AZN NET
  • İş yeri- Bakıxanov qəs.Mahir Əmirov küç

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Sahə mühəndisi” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

  • Daily14
  • Weekly145
  • Monthly713