Vəzifə öhdəlikləri:
- Layihə üzrə daxil olan və göndərilən bütün rəsmi məktubların, e-maillərin və yazışmaların qeydiyyatının aparılması
- Müqavilələr, əlavə razılaşmalar, aktlar, protokollar, texniki hesabatlar və digər layihə sənədlərinin qəbul edilməsi, nömrələnməsi, sistemləşdirilməsi və arxivləşdirilməsi
- Texniki çertyojların və layihə sənədlərinin versiya nəzarətinin aparılması, köhnə və aktual versiyaların düzgün ayrılması
- Sənədlərin tarix, nömrə, mövzu və cavab statusu üzrə izlənməsi və nəzarətdə saxlanılması
- Müvafiq sənədlərin aidiyyəti üzrə layihə komandası, podratçılar, sifarişçi və digər tərəflərə vaxtında ötürülməsinin təmin edilməsi
- Elektron və fiziki sənəd bazasının yaradılması, daimi yenilənməsi və təhlükəsizliyinin təmin edilməsi
- Layihə üzrə aparılan yazışmaların və sənədlərin daxili prosedurlara və müqavilə şərtlərinə uyğunluğuna nəzarət
- Audit, yoxlama və mübahisə hallarında tələb olunan sənədlərin tam və operativ şəkildə təqdim edilməsi
- Layihə rəhbərliyini sənədlərin vəziyyəti, gecikmiş cavablar və risklər barədə vaxtında məlumatlandırmaq
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə (əmlak üzrə) 2-3 il iş təcrübəsi;
- Türk dili və ingilis diliyi biliyi yüksək səviyyə
- Sənədlərlə işləmə və qeydiyyat sistemləri üzrə biliklər
- Diqqətlilik, məsuliyyətlilik və məxfilik qaydalarına əməl etmə
- Komanda ilə koordinasiyalı və operativ işləmək bacarığı
- AutoCad bacarıqları arzuolunandır
İş qrafiki:
- 6/1, 08:00-17:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 800-1200 AZN NET
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Sənədlərin idarəedilməsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.