Vəzifə öhdəlikləri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
- Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
- Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.
- Tikinti ərazisinə baxış keçirilməsi, layihə və cari kəmiyyətlər üzrə fərqlərin müqayisə olunub aşkar edilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Fоrmа N (М-29), Xərc analizi)
- Bilməlidir:
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İnşaat üzrə);
- Tikinti sahəsində iş təcrübəsi;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- İnşaat norma və qaydalarını bilməlidir;
Əmək şəraiti:
- İş qrafiki: 6 gün
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: 1000 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Smeta üzrə kiçik mühəndis” yazaraq mail ünvanına göndərə bilərlər.