Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin xərclərinin aşağı düşməsi üçün tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;
- Qüsur aktlarını hazırlamağı bacarmalı;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İnşaat üzrə);
- Tikinti sahəsində ümumi olaraq 5 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- 1C işləyə bilməyi üstünlükdür;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
Əmək şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: 2500-3000 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “ Smeta və büdcə üzrə mühəndis” yazaraq mail ünvanına göndərə bilərlər