Vəzifə öhdəlikləri:
- Layihə üzrə memarlıq və texniki cizgilərin hazırlanması və icrasına nəzarət etmək;
- İşçi layihələrin normativ sənədlərə və texniki tələblərə uyğunluğunu təmin etmək;
- Sahədə aparılan tikinti işlərinin layihə sənədlərinə uyğunluğunu yoxlamaq;
- Memarlıq və mühəndis komandaları arasında koordinasiyanı təmin etmək;
- Layihə üzrə dəyişikliklərin hazırlanması və yenilənmiş cizgilərin operativ təqdim edilməsi;
- Müəllif nəzarətində iştirak etmək və texniki rəy vermək;
- Layihə sənədlərinin düzgün saxlanılması və arxivləşdirilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi : tikinti sahəsində memarı kimi ən azı 3-5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili , Rus dili, (İngilis dili arzuolunandır)
- Archicad, Autocad, Excel proqramlarında işləmə bacarığı
- Tikinti norma və qaydalarını bilməsi;
- Texniki sənədlərlə işləmə və detallara diqqət yetirmə bacarığı;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 1800-2400 AZN NET
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Texniki Memar” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.