Vəzifə funksiyaları:
- İPC-lərin və Forma-2 hazırlanması və sifarişçi ilə razılaşdırılması;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
- Subpodratçılar və tədhizatçılara edilən ödəniş tapşırıqlarına nəzarət edilməsi;
- Layihənin maliyyələşdirilməsi üçün tələb olunan sənədləşməni aparmaq və banklarla koordinasiyalı şəkildə işləmək;
- Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;
- Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Layihələrin maliyyə axınlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Cost report, cash flow və hesabatlar;n hazırlanması;
- Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi.
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Vəzifəyə olan tələblər:
- Ali təhsil- Mühasibatlıq, Kommersiya üzrə bakalavr və ya ekvivalent dərəcə.
- Müvafiq vəzifədə ən az 3 il təcrübə.
- Azərbaycan, İngilis dillərində şifahi və yazılı ünsiyyət, Rus dili biliyi arzu olunandır.
- Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
Əmək şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Çıraq Plaza,Tiblis pr 49C
- Əmək Haqqı: 3000-3500 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.