Tələblər:
- Mühasibatlıq, maliyyə və ya əlaqəli sahədə ali təhsil
- Tikinti sektorunda minimum 5 il iş təcrübəsi
- Vergi və mühasibat uçotu üzrə dərin biliklər
- Elektron hökumət portalları ilə işləmək bacarığı (e-taxes.gov.az, e-gov.az, e-social.az və s.)
- 1C və MS Excel proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Dəqiqlik, analitik düşünmə və məsuliyyətlilik
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun beynəlxalq və yerli qanunvericiliyə uyğun aparılması
- Vergi, DSMF, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi
- Maliyyə sənədlərinin tərtib edilməsi, gəlir və xərclərin uçotunun aparılması
- Aylıq, rüblük və illik maliyyə bağlanışlarının həyata keçirilməsi
- Bank əməliyyatlarının və ödənişlərin idarə edilməsi
- Kassa və avans hesabatlarının aparılması, əməkhaqqı hesablamalarının edilməsi
- Auditin təşkili və daxili maliyyə nəzarətinin təmin edilməsi
- Vergi risklərinin qiymətləndirilməsi və optimallaşdırılması
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və Bazar günləri;
- Əmək haqqı : Razılaşma yolu ilə
Ünvan: Bayıl Plaza
Müraciət qaydası:
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini "Mühasib" mövzusu ilə və əməkhaqqı gözləntisini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.