İş şəraiti
- İş yeri: Bakı şəhəri, Bayıl Plaza (ofis əsaslı)
- İş qrafiki: Həftədə 5 gün, 09:00 – 18:00
Vəzifə öhdəlikləri:
- Layihələr üzrə material, avadanlıq və xidmətlərin vaxtında və səmərəli təchizatını təmin etmək
- Yerli və beynəlxalq təchizatçılarla əlaqələrin qurulması və idarə olunması
- Tender və satınalma proseslərinin təşkili və icrası
- Kommersiya təkliflərinin təhlili və müqayisəli qiymətləndirilməsi
- Müqavilələrin hazırlanması və icrasına nəzarət
- Təchizat qrafiklərinin layihə planına uyğun idarə olunması
- Logistika və çatdırılma proseslərinin koordinasiyası
- Təchizat prosesində risklərin idarə olunması və operativ həllərin tətbiqi
- Layihə komandası və digər şöbələrlə effektiv əməkdaşlıq
Tələblər:
- Ali təhsil (mühəndislik, logistika, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə)
- Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi (tikinti və ya enerji layihələrində təcrübə üstünlükdür)
- Satınalma və təchizat zənciri üzrə güclü biliklər
- Azərbaycan dilində səlis, ingilis dili mütləq, rus dili arzuolunandır
- MS Office və satınalma sistemləri ilə işləmə bacarığı
- Analitik düşünmə, danışıqlar aparmaq və qərarvermə bacarığı
- Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin. Mövzu hissəsində “Təchizat Meneceri” qeyd etməyiniz xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.