Avenue Interiors komandası Mebel və Santexnika şöbələri üzrə Satış Mütəxəssisləri vəzifələrinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərə mebel, interyer və ya santexnika məhsulları barədə peşəkar məsləhətlər vermək;
- Müştəri ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsullar təklif etmək;
- Satış prosesini effektiv şəkildə idarə etmək;
- Məhsulların şourumda düzgün təqdimatına nəzarət etmək;
- Müştəri məmnuniyyətinin təmin edilməsində aktiv iştirak etmək.
Tələblər:
- Satış sahəsində iş təcrübəsi arzuolunandır;
- Rus dilini sərbəst bilmək mütləqdir;
- Güclü ünsiyyət və satış bacarıqları;
- Məsuliyyətli, aktiv və komanda ilə işləmə bacarığı;
- Lüks mebel, interyer və ya santexnika məhsullarının satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- Əmək haqqı: 800 – 1000 AZN
- Satışdan əlavə bonuslar
- İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət
- Rəsmi əmək müqaviləsi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Tələblərə uğun namizədlər mövzu yerində “Mebel üzrə satış mütəxəssisi“ və ya “Santexnika üzrə satış mütəxəssisi“ qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.