“Avex Group” – Praktiki Mühasibatlıq üzrə praktiki şəkildə təcrübə proqramına Sentyabr-Oktyabr qruplarına qeydiyyatı elan edir.
Proqram sizə nə qazandıracaq?
- Mühasibatlığın real iş proseslərini praktiki şəkildə öyrənəcəksiniz
- Dövlət elektron portalları və peşəkar mühasibat proqramlarında işləmə bacarığı əldə edəcəksiniz
- Qarşılaşa biləcəyiniz vergi və əmək qanunvericiliyi risklərini real keyslər üzərində analiz edəcəksiniz
- Dərslərin video yazıları və əlavə tədris materialları təqdim olunacaq
- Təlimi uğurla tamamlayan iştirakçılara şirkətimiz tərəfindən rəsmi sertifikat veriləcək
Proqram kimlər üçündür?
- Mühasibatlıq sahəsində peşəkar karyera qurmaq istəyənlər
- Praktiki bilik və bacarıqlar əldə etmək istəyən yeni başlayanlar
- Təcrübəsi olmasa da əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən məzunlar
- Yeni peşəyə yiyələnərək karyerasına fərqli istiqamətdə davam etmək istəyən şəxslər
Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur.
Müddət 3 ay
Həftədə 2 dəfə-2saat
Proqrama daxildir
- Təlim müddətində əldə edəcəyiniz bilik və praktiki bacarıqlar
- Vergi və elektron sistemlər
- Yenilənmiş new.e-taxes.gov.az portalında peşəkar işləmə bacarığı;
- Təqdim etmə, geri qaytarma, qiymət artımı və azalması üzrə dəqiqləşdirilmiş e-qaimələrin hazırlanması və göndərilməsi;
- Müqavilə, hesab-faktura, qiymət razılaşma protokolu və təhvil-təslim aktlarının tərtib olunması;
- Mal və xidmət (fəaliyyət) kodlarının əldə edilməsi və tətbiqi;
- Vergi orqanlarından daxil olan məktubların təhlili, cavablandırılması və düzgün icrası;
- Şəxsi Hesab Vərəqəsinin analiz edilməsi və məlumatların düzgün qiymətləndirilməsi;
- Bəyannamə sisteminin bölmələri və işləmə prinsipləri ilə tanışlıq.
Əmək haqqı və bank əməliyyatları
- Əmək haqlarının hesablanması və qanunvericiliyə uyğun tutulmaların müəyyənləşdirilməsi;
- Bank sisteminin iş prinsiplərinin öyrənilməsi;
İnternet bankçılıq əməliyyatlarının icrası:
- bankdaxili və ölkədaxili köçürmələr;
- xarici ödənişlər;
- valyuta mübadiləsi;
- əmək haqqı ödənişləri;
- dövlət büdcəsinə ödənişlər;
- kütləvi ödəniş əməliyyatları.
Dövlət qeydiyyatı və digər əməliyyatlar
- e-customs.gov.az sistemi vasitəsilə gömrük kodunun əldə edilməsi;
- Biznes və əmək haqqı kartlarının sifariş proseduru;
- Mövcud elektron ərizə formalarının tətbiqi;
- Fiziki və hüquqi şəxslərin dövlət qeydiyyatı;
- Təsərrüfat obyektinin qeydiyyata alınması, dayandırılması və qeydiyyatdan çıxarılması üzrə müraciətlərin hazırlanması;
- Debitor və kreditor uçotu üçün Excel cədvəllərinin hazırlanması və idarə olunması.
Hesabatların hazırlanması
- Cari vergi ödənişləri üzrə arayışların hazırlanması;
- DSMF hesabatlarının tərtibi;
- Statistik hesabatların (aylıq, rüblük və illik) hazırlanması;
- Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
- ÖMV bəyannaməsinin tərtibi;
- ƏDV bəyannaməsinin hazırlanması.
Əlavə modul – Kadr uçotu
Təlim çərçivəsində kadr uçotu və ƏMAS sistemi üzrə praktiki biliklər də əldə edəcəksiniz.
Kadr uçotu
- Əmək haqqı və tabel cədvəllərin hazırlanması
- Müəssisə strukturunun yaradılması
- İşə qəbul və dəyişikliklər
- Ştat vahidinin yaradılması
- Əmək müqavilələri bildirişinin yaradılması
- Əmək müqavilələrinə dəyişiklik
- Şirkət daxili əmək müqavilələrinin yaradılması
- Xitam prossesi
- Son haqq-hesab
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər.
Əlaqə - 0559954629