İş şəraiti
- İş yeri: Bakı və ətraf ərazilər
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Sabit maaş + satışdan bonuslar
Vəzifə öhdəlikləri:
- İnternet və TV xidmətlərini birbaşa potensial müştərilərə tanıtmaq və satmaq
- Təyin olunmuş ərazilərdə evləri ziyarət etmək, ehtiyacları müəyyənləşdirmək və uyğun tarifləri təklif etmək
- Gündəlik satış planını yerinə yetirmək
- Müştəri məlumatlarını dəqiq qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək
- Müştəri məmnuniyyətini təmin etmək və sualları cavablandırmaq
Namizəddən tələblər:
- Ali və ya orta ixtisas təhsilli olmaq
- Satış sahəsində təcrübə (D2D satış təcrübəsi üstünlükdür)
- Ünsiyyətcil, inandırıcı danışıq qabiliyyətli və enerjili olmaq
- Hədəf yönümlü və təşəbbüskar olmaq
- Komandada işləmə bacarığı
- Mobil və səyyar iş rejiminə uyğunluq
- Azərbaycan dilində sərbəst danışıq (rus dili arzuolunandır)
Şirkətin təklifləri:
- Sabit əmək haqqı + yüksək bonus sistemi
- Satış bacarıqları üzrə peşəkar təlimlər
- Karyera yüksəlişi üçün real imkanlar
- Rəsmi əmək müqaviləsi
- Gənc, dinamik və dəstəkləyici komanda
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində “D2D Satış Təmsilçisi” yazmağınız mütləqdir.