SMM Manager

  • Deadline 16 Mart 2026

Aviasales 2007-ci ildən etibarən səyahətçilərin həyatını asanlaşdırır. Biz bilet qiymətlərini və marşrutlarını müqayisə edirik, sizə ən uyğun variantları göstəririk və alış üçün sizi tərəfdaşlarımızın rəsmi saytlarına yönəldirik. Bizim tanınmış brendimiz, güclü komandamız və beynəlxalq bazarda böyük təcrübəmiz var.

Hal-hazırda Azərbaycanda kontent hazırlayacaq SMM meneceri axtarışındayıq.

Nə etmək lazım olacaq:

  • sosial şəbəkələr üçün kontentin hazırlanması, hesabların (Facebook, Instagram, Telegram, TikTok, Youtube, WhatsApp, Threads) idarə edilməsi və inkişafı
  • sosial şəbəkələr üçün ideyalar düşünmək və xüsusi layihələrin hazırlanmasında iştirak etmək
  • mövcud postların reklamı üçün ödənişli kampaniyalar qurmaq
  • istifadəçilərlə ünsiyyət və onların suallarının dəstək xidmətinə yönəldilməsi;
  • beynəlxalq marketinq komandamızla birlikdə iş.

Səndən nə gözləyirik:

  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı + ingilis / rus dili
  • sosial media marketinqində minimum 2 il təcrübə
  • SMM layihələrini əhatə edən aktual portfolio
  • qrafik proqramlarla iş bacarığı

​​​​​​​Nə təklif edirik:

  • tam iş günü, "flexible" iş qrafiki
  • tamamilə uzaqdan idarə olunan iş – istədiyin yerdən işləyə bilərsən
  • rəqabətə davamlı əmək haqqı
  • tibbi sığorta
  • gənc peşəkarlardan ibarət komanda.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily117
  • Weekly117
  • Monthly1413