ASG Business Aviation Baş mühasibin müavini vəzifəsinə işçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Ay sonu və il sonu bağlanış proseslərində iştirak etmək;
- Maliyyə və mühasibat hesabatlarının hazırlanması və yoxlanılmasını həyata keçirmək
- Debitor və kreditor borcları, reconciliation proseslərinə, accrual əməliyyatları və təsdiqləyici sənədlər üzərində nəzarəti təmin etmək;
- Mühasibat əməliyyatlarının və uçot qeydlərinin düzgünlüyünü, xərc bölgülərini və xərc təsnifatlarını yoxlamaq
- Büdcələmə və idarəetmə hesabatlılığı proseslərində iştirak etmək;
- Cost control prosedurlarının tətbiqi və monitorinqinə dəstək göstərmək;
- Əməliyyat və inzibati xərclərin monitorinqi və təhlilini aparmaq;
- Xərc bölgüsü və təsdiqləyici sənədlərlə bağlı əməliyyat şöbələri ilə koordinasiyanı təmin etmək
- Xarici audit proseslərində və vergi hesabatlarının hazırlmasında iştirak etmək;
- Gündəlik mühasibat əməliyyatlarına nəzarət etmək və mühasibat komandasına dəstək göstərmək;
- Mühasibat siyasətlərinə, vergi qanunvericiliyinə və daxili prosedurlara uyğunluğun təmin edilməsində iştirak etmək;
- Mühasibat uçotu proseslərinin və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək və bu proseslərdə iştirak etmək.
Tələblər:
- Təhsil: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil.
- Iş stajı:Minimum 5 il;
- Senior Accountant və ya Deputy Chief Accountant vəzifəsində iş təcrübəsi;
- Azərbaycan Professional Mühasib Sertifikatı (PMS) – mütləqdir;
- ACCA / DipIFR / CAP / CIPA sertifikatlarının olması üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; rus və ingilis dili – yaxşı səviyyədə bilmək
- Kompüter bilikləri: 1C, Excel, Microsoft Office proqramlar;
- Ay sonu bağlanış proseslərində iştirak təcrübəsi;
- Audit və vergi hesabatları sahəsində təcrübə;
- Debitor və kreditor borclarının idarə olunması, accrual əməliyyatları, üzləşdirmə prosesləri və xərclərin bölgüsü üzrə praktiki biliklər;
- Mühasibat uçotu və vergi qanunvericiliyini yüksək səviyyədə bilmək;
- IFRS və accrual accounting prinsipləri üzrə nəzəri və praktiki biliklərə malik olmaq;
- Cost control prosedurlarının tətbiqi və monitorinqi sahəsində təcrübəyə malik olmaq;
- Management reporting və budgeting proseslərində iştirak təcrübəsi
- Mühasibat əməliyyatları, uçot qeydləri və xərc bölgüləri üzərində nəzarət və yoxlama bacarığı
- Maliyyə məlumatlarının düzgünlüyünün və tamlığının təmin edilməsi üzrə nəzarət bacarığı
- Güclü analitik düşüncə, problemləri müəyyən etmə və operativ həll etmə bacarığı
- External audit proseslərində iştirak təcrübəsi üstünlükdür
İş Şəraiti:
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Gündəlik (5 günlük)
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.