Aviation Services Group Aviation Services Group

Aviation Services Group

Airlines

Böyük anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Böyük anbardar

  • Deadline 24 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən ASG Sky Catering şirkətində Böyük anbardar vəzifəsi üzrə işçi axtarılır.

Tələb olunan bilik və bacarıqlar

  • Ali təhsil (İdarəetmə, Logistika, Mühasibatlıq və ya əlaqəli sahə üzrə).
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
  • Azərbaycan dili – səlis; ingilis dili – yaxşı səviyyədə.
  • Anbar idarəetməsi və inventar nəzarəti üzrə dərin biliklər.
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı.
  • 1C və digər anbar proqramları ilə iş təcrübəsi.
  • Keyfiyyətə nəzarət standartları (AQTA və HACCP) və prosedurları barədə məlumatlılıq.
  • Detallara diqqətli və məsuliyyətli olmaq.

Vəzifə öhdəliklər

  • Anbara daxil olan və çıxan malların qəbulunu, yoxlanılmasını və düzgün qeydiyyatını təmin etmək.
  • Malların anbar daxilində düzgün yerləşdirilməsini və saxlanma qaydalarına riayət olunmasını təşkil etmək.
  • Inventar sayımını mütəmadi aparmaq və qalıqların uçotunu 1C və digər anbar proqramlarında dəqiq şəkildə aparmaq. 
  • Anbar sənədlərinin (qəbul-təhvil aktları, qaimələr və s.) hazırlanması və arxivləşdirilməsini təmin etmək.
  • Malların keyfiyyətinə və saxlanma şəraitinə nəzarət etmək, AQTA və HACCP standartlarına uyğunluğu təmin etmək. 
  • Müvafiq şöbələrlə koordinasiya edərək sifarişlərin vaxtında hazırlanmasını və təhvil verilməsini təmin etmək.
  • Anbarda nizam-intizamın, təhlükəsizlik və sanitariya qaydalarının qorunmasına nəzarət etmək.

İş Şəraiti:

  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
  • İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
  • İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 09:00-dan 18:00-dək).
  • Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
  • Nahar şirkət tərəfindən təmin olunur. 
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly258
  • Monthly2148