Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən ASG Sky Catering şirkətində Böyük anbardar vəzifəsi üzrə işçi axtarılır.
Tələb olunan bilik və bacarıqlar
- Ali təhsil (İdarəetmə, Logistika, Mühasibatlıq və ya əlaqəli sahə üzrə).
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Azərbaycan dili – səlis; ingilis dili – yaxşı səviyyədə.
- Anbar idarəetməsi və inventar nəzarəti üzrə dərin biliklər.
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı.
- 1C və digər anbar proqramları ilə iş təcrübəsi.
- Keyfiyyətə nəzarət standartları (AQTA və HACCP) və prosedurları barədə məlumatlılıq.
- Detallara diqqətli və məsuliyyətli olmaq.
Vəzifə öhdəliklər
- Anbara daxil olan və çıxan malların qəbulunu, yoxlanılmasını və düzgün qeydiyyatını təmin etmək.
- Malların anbar daxilində düzgün yerləşdirilməsini və saxlanma qaydalarına riayət olunmasını təşkil etmək.
- Inventar sayımını mütəmadi aparmaq və qalıqların uçotunu 1C və digər anbar proqramlarında dəqiq şəkildə aparmaq.
- Anbar sənədlərinin (qəbul-təhvil aktları, qaimələr və s.) hazırlanması və arxivləşdirilməsini təmin etmək.
- Malların keyfiyyətinə və saxlanma şəraitinə nəzarət etmək, AQTA və HACCP standartlarına uyğunluğu təmin etmək.
- Müvafiq şöbələrlə koordinasiya edərək sifarişlərin vaxtında hazırlanmasını və təhvil verilməsini təmin etmək.
- Anbarda nizam-intizamın, təhlükəsizlik və sanitariya qaydalarının qorunmasına nəzarət etmək.
İş Şəraiti:
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 09:00-dan 18:00-dək).
- Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
- Nahar şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.