Aviation Services Group Aviation Services Group
  • 146

Aviation Services Group

Hava yolları

Keyfiyyətə təminatı, nəzarəti və SƏTƏMM üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə təminatı, nəzarəti və SƏTƏMM üzrə kiçik mütəxəssis

  • Deadline 13 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən ASG şirkətində Keyfiyyətə təminatı, nəzarəti və SƏTƏMM üzrə kiçik mütəxəssis vəzifəsi üzrə işçi axtarılır.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil.
  • İş təcrübəsi tələb olunmur
  • Azərbaycan və rus dili – səlis; ingilis dili – orta səviyyədə.
  • MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı.
  • Analitik düşünmə qabiliyyəti, öyrənməyə və inkişaf etməyə meyilli

Vəzifə öhdəliklər:

  • Daxili normativ sənədlərin qanunvericiliyə və Azərbaycan Aviasiya Qaydalarına uyğunluğunun  təmin edilməsində iştirak etmək; 
  • ISO 9001:2015 və ISO 22000:2018 standartlarının tələblərinin təmin edilməsini icra etmək; 
  • Müştəri şikayətləri üzrə hesabatlar hazırlamaq; 
  • Keyfiyyətin Menecment Sisteminin proseslərinin normal fəaliyyət göstərməsi və onun daim işçi vəziyyətdə saxlanmasını təmin etmək;
  • İstehsalatda keyfiyyətli xidmətlərin göstərilməsinin aşağı düşməsinə səbəb olan faktorlarının nəticələrinin azaldılması üzrə tədbirlər görmək və əldə edilmiş məlumatları müvafiq qaydada rəhbərliyinə çatdırmaq;
  • Sağlamlığının mühafizəsi və əməyin təhkükəsizliyi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərini bilmək; 
  • İstehsalat sanitariyasının norma və qaydalarına riayət etmək; 
  • Yanğın təhlükəsizliyinin tələblərini və yanğın zamanı təxliyyə planı üzrə öz funksiyalarını bilmək; 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək

İş Şəraiti:

  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
  • İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu
  • İş qrafiki: 5 günlük (10:00-19:00)
  • Şirkət Koroğlu m/st ödənişsiz servis nəqliyyatı təmin edir.

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily4
  • Weekly307
  • Monthly1113