Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən ASG şirkətində Keyfiyyətə təminatı, nəzarəti və SƏTƏMM üzrə kiçik mütəxəssis vəzifəsi üzrə işçi axtarılır.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil.
- İş təcrübəsi tələb olunmur
- Azərbaycan və rus dili – səlis; ingilis dili – orta səviyyədə.
- MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı.
- Analitik düşünmə qabiliyyəti, öyrənməyə və inkişaf etməyə meyilli
Vəzifə öhdəliklər:
- Daxili normativ sənədlərin qanunvericiliyə və Azərbaycan Aviasiya Qaydalarına uyğunluğunun təmin edilməsində iştirak etmək;
- ISO 9001:2015 və ISO 22000:2018 standartlarının tələblərinin təmin edilməsini icra etmək;
- Müştəri şikayətləri üzrə hesabatlar hazırlamaq;
- Keyfiyyətin Menecment Sisteminin proseslərinin normal fəaliyyət göstərməsi və onun daim işçi vəziyyətdə saxlanmasını təmin etmək;
- İstehsalatda keyfiyyətli xidmətlərin göstərilməsinin aşağı düşməsinə səbəb olan faktorlarının nəticələrinin azaldılması üzrə tədbirlər görmək və əldə edilmiş məlumatları müvafiq qaydada rəhbərliyinə çatdırmaq;
- Sağlamlığının mühafizəsi və əməyin təhkükəsizliyi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərini bilmək;
- İstehsalat sanitariyasının norma və qaydalarına riayət etmək;
- Yanğın təhlükəsizliyinin tələblərini və yanğın zamanı təxliyyə planı üzrə öz funksiyalarını bilmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək
İş Şəraiti:
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: 5 günlük (10:00-19:00)
- Şirkət Koroğlu m/st ödənişsiz servis nəqliyyatı təmin edir.
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.