Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən ASG Sky Catering şirkətində Malların qəbulu üzrə operator vəzifəsi üzrə işçi axtarılır.
Vəzifə öhdəlikləri
- Anbar əməliyyatlarının (mədaxil, məxaric, transfer, inventarizasiya və digər proseslərin) idarəetmə sistemində vaxtında və dəqiq aparılması vəzifənin əsas fəaliyyət istiqamətini təşkil edir;
- Məhsulların anbar uçotu proqramına (sistemə) vaxtında və düzgün mədaxil edilməsini təmin etmək;
- Anbara daxil olan məhsulların çəkisini ağırlıq (tərəzi) ölçmə sistemində dəqiq ölçərək nəticələrin sistemə daxil edilməsini təmin etmək;
- Anbardan çıxan məhsulların məxaric əməliyyatlarının sistemdə vaxtında və düzgün qeydə alınmasını təmin etmək;
- Sifarişlərin məhsulların kateqoriyasına uyğun olaraq FIFO və ya FEFO (son istifadə tarixi ilk bitən - ilk çıxan) prinsipi əsasında sistem üzərindən verilməsini təmin etmək;
- Son istifadə tarixi yaxınlaşan və ya bitən məhsulları sistem və fiziki olaraq yoxlamaqla rəhbəri məlumatlandırmaq.
- Anbardan mətbəxə, istehsalat bölmələrinə və digər struktur bölmələrə məhsulların sifarişlərə uyğun və vaxtında verilməsini təmin etmək;
- Mətbəxdən, istehsalat bölmələrindən və digər bölmələrdən daxil olan tələbnamələr əsasında məhsulların buraxılışını rəsmiləşdirmək;
- Mətbəxə, istehsalat bölmələrinə verilən məhsulların vaxtı-vaxtında silgisini etmək;
- Sifariş uyğunsuzluğu zamanı birbaşa rəhbərini məlumatlandırmaq;
- HACCP tələblərinə və qida təhlükəsizliyi standartlarına ciddi riayət etmək;
- Ehtiyat qalıqlarının minimum həddə çatması barədə vaxtında rəhbərliyə məlumat vermək;
- Təchizat sifarişlərinin təşkilinə köməklik göstərmək;
- Aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək;
- Müəssisədaxili nizam-intizam qaydalarına, intizam normalarına və bilavasitə rəhbərliyin verdiyi digər tapşırıqlara vaxtında və keyfiyyətlə əməl etmək.
Vəzifəyə olan tələblər və iş şəraiti:
- Orta təhsil
- Anbar sahəsində minimum 1 il iş təcrübəsi.
- Azərbaycan dili – səlis bilmək; ingilis və ya rus dili biliyi arzuolunandır.
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Tam ştat, 5 günlük.
- Əmək haqqı: 955 AZN net
- Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
- Nahar şirkət tərəfindən təmin olunur.
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.