Malların qəbulu üzrə operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Malların qəbulu üzrə operator

  • Истекает 20 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən ASG Sky Catering şirkətində Malların qəbulu üzrə operator vəzifəsi üzrə işçi axtarılır.

Vəzifə öhdəlikləri

  • Anbar əməliyyatlarının (mədaxil, məxaric, transfer, inventarizasiya və digər proseslərin) idarəetmə sistemində vaxtında və dəqiq aparılması vəzifənin əsas fəaliyyət istiqamətini təşkil edir;
  • Məhsulların anbar uçotu proqramına (sistemə) vaxtında və düzgün mədaxil edilməsini təmin etmək;
  • Anbara daxil olan məhsulların çəkisini ağırlıq (tərəzi) ölçmə sistemində dəqiq ölçərək nəticələrin sistemə daxil edilməsini təmin etmək;
  • Anbardan çıxan məhsulların məxaric əməliyyatlarının sistemdə vaxtında və düzgün qeydə alınmasını təmin etmək;
  • Sifarişlərin məhsulların kateqoriyasına uyğun olaraq FIFO və ya FEFO (son istifadə tarixi ilk bitən - ilk çıxan) prinsipi əsasında sistem üzərindən verilməsini təmin etmək;
  • Son istifadə tarixi yaxınlaşan və ya bitən məhsulları sistem və fiziki olaraq yoxlamaqla rəhbəri məlumatlandırmaq.
  • Anbardan mətbəxə, istehsalat bölmələrinə və digər struktur bölmələrə məhsulların sifarişlərə uyğun və vaxtında verilməsini təmin etmək;
  • Mətbəxdən, istehsalat bölmələrindən və digər bölmələrdən daxil olan tələbnamələr əsasında məhsulların buraxılışını rəsmiləşdirmək;
  • Mətbəxə, istehsalat bölmələrinə verilən məhsulların vaxtı-vaxtında silgisini etmək;
  • Sifariş uyğunsuzluğu zamanı birbaşa rəhbərini məlumatlandırmaq;
  • HACCP tələblərinə və qida təhlükəsizliyi standartlarına ciddi riayət etmək;
  • Ehtiyat qalıqlarının minimum həddə çatması barədə vaxtında rəhbərliyə məlumat vermək;
  • Təchizat sifarişlərinin təşkilinə köməklik göstərmək;
  • Aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək;
  • Müəssisədaxili nizam-intizam qaydalarına, intizam normalarına və bilavasitə rəhbərliyin verdiyi digər tapşırıqlara vaxtında və keyfiyyətlə əməl etmək.

Vəzifəyə olan tələblər və iş şəraiti:

  • Orta təhsil 
  • Anbar sahəsində minimum 1 il iş təcrübəsi.
  • Azərbaycan dili – səlis bilmək; ingilis və ya rus dili biliyi arzuolunandır.
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
  • İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu
  • İş qrafiki: Tam ştat, 5 günlük.
  • Əmək haqqı: 955 AZN net
  • Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
  • Nahar şirkət tərəfindən təmin olunur. 

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily46
  • Weekly511
  • Monthly1688