Aviation Services Group Aviation Services Group
  • 868

Aviation Services Group

Hava yolları

Təhlükəsizlik üzrə nəzarətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təhlükəsizlik üzrə nəzarətçi

  • Deadline 2 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ASG Business Aviation şirkəti Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsi üzrə işçi axtarır.

Vəzifə borcları:

  • Təlimata uyğun olaraq tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində təhlükəsizliyini təmin etmək.
  • Nəzarətində olan postu heç bir səbəbdən boş buraxmamaq.
  • Hadisələrə qarşı diqqətli və məsuliyyətli davranmaq.
  • Baş verən hər bir hadisə barədə birbaşa rəhbəri mütəmadi olaraq məlumatlandırmaq.
  • Ətraf ərazilərin qorunmasını təmin etmək və kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq.
  • Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təhlükəsiz təxliyyəsini təşkil etmək.
  • Kamera vasitəsilə ərazinin giriş-çıxışına nəzarət etmək.
  • Qonaqların qəbulu və yola salınmasını qeydiyyat jurnalında düzgün şəkildə qeydə almaq.

Tələblər:

  • Təhsil: Tam orta təhsil
  • Yaş: 23–43 
  • Bəylər üçün hərbi xidmət mütləqdir.
  • Boy tələbi: Xanım: min. 1.65 m; Bəy: 1.75 m-dən yuxarı.
  • Fiziki cəhətdən sağlam olmaq.
  • Təhlükəsizlik və ya mühafizə sahəsində iş təcrübəsi.
  • Dil biliyi tələb olunmur (olması – üstünlükdür).
  • Dəyişən iş qrafikində (gündüz və gecə növbələri) işləməyə hazır olmaq.

İş Qrafiki:

  • Xanımlar: 08:00–20:00 (2 gün gündüz növbəsi/2 gün istirahət)
  • Bəylər: səhər növbəsi 08:00–20:00, növbəti gün gecə növbəsi 20:00–08:00, sonra 2 gün istirahət.

İş Şərtləri:

  • Iş yeri – Heydər Əliyev Beynəlxalq Aeroportu
  • Əmək haqqı: 800 AZN NET
  • Nahar ilə təmin olunma
  • Nəqliyyat: Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tənzimlənir.

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə “Təhlükəsizlik üzrə nəzarətçi” Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily25
  • Weekly567
  • Monthly567