ASG Business Aviation şirkəti Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsi üzrə işçi axtarır.
Vəzifə borcları:
- Təlimata uyğun olaraq tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində təhlükəsizliyini təmin etmək.
- Nəzarətində olan postu heç bir səbəbdən boş buraxmamaq.
- Hadisələrə qarşı diqqətli və məsuliyyətli davranmaq.
- Baş verən hər bir hadisə barədə birbaşa rəhbəri mütəmadi olaraq məlumatlandırmaq.
- Ətraf ərazilərin qorunmasını təmin etmək və kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq.
- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təhlükəsiz təxliyyəsini təşkil etmək.
- Kamera vasitəsilə ərazinin giriş-çıxışına nəzarət etmək.
- Qonaqların qəbulu və yola salınmasını qeydiyyat jurnalında düzgün şəkildə qeydə almaq.
Tələblər:
- Təhsil: Tam orta təhsil
- Yaş: 23–43
- Bəylər üçün hərbi xidmət mütləqdir.
- Boy tələbi: Xanım: min. 1.65 m; Bəy: 1.75 m-dən yuxarı.
- Fiziki cəhətdən sağlam olmaq.
- Təhlükəsizlik və ya mühafizə sahəsində iş təcrübəsi.
- Dil biliyi tələb olunmur (olması – üstünlükdür).
- Dəyişən iş qrafikində (gündüz və gecə növbələri) işləməyə hazır olmaq.
İş Qrafiki:
- Xanımlar: 08:00–20:00 (2 gün gündüz növbəsi/2 gün istirahət)
- Bəylər: səhər növbəsi 08:00–20:00, növbəti gün gecə növbəsi 20:00–08:00, sonra 2 gün istirahət.
İş Şərtləri:
- Iş yeri – Heydər Əliyev Beynəlxalq Aeroportu
- Əmək haqqı: 800 AZN NET
- Nahar ilə təmin olunma
- Nəqliyyat: Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tənzimlənir.
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə “Təhlükəsizlik üzrə nəzarətçi” Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.