İş şəraiti:
- Yer: Abşeron, Azərbaycan
- İş Rejimi: Tam ştat
- Əmək haqqı namizədin bilik,bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma ilə müəyyənləşdiriləcək.
Vəzifənin məqsədi:
- CCTV və Data Center infrastrukturlarında kabel sistemlərinin strukturlaşdırılmış, etibarlı, və səliqəli şəkildə qurulması və texniki baxım işlərinin icrası.
Əsas vəzifələr:
- CCTV kameraların, NVR-lərin, şəbəkə və elektrik xətlərinin kabel marşrutlarının planlaşdırılması və çəkilməsi
- Data Center və server otaqlarında UTP/STP, fiber optik və enerji kabellərinin tray sistemləri ilə quraşdırılması
- Rack kabinet, patch panel və switch-lərlə əlaqələrin qurulması və kabellərin standartlara uyğun etiketlənməsi
- Mövcud infrastrukturun texniki auditi və kabel topologiyasının sənədləşdirilməsi (Visio və ya AutoCAD – üstünlükdür)
- Termal təhlükəsizlik, yanğın riski və havalandırma tələblərinə uyğun kabel yönləndirilməsi
- Kamera və DC avadanlıqlarının yerləşdiyi sahələrdə texniki səliqə və təhlükəsizlik qaydalarının qorunması
Namizədə tələblər:
Təhsil:
- Orta ixtisas və ya ali texniki təhsil (elektronika, elektrik mühəndisliyi, İT və s.)
Təcrübə:
- CCTV sistemləri və ya Data Center kabel infrastrukturunun qurulmasında minimum 3 il təcrübə
Texniki bacarıqlar:
- Strukturlaşdırılmış kabel sistemləri (Cat6/6A, fiber optic, coaxial) üzrə bilik
- Patch panel, rack kabinet, tray sistemləri, kamera bağlantıları üzrə təcrübə
- Kabel test cihazları ilə işləmək bacarığı (cable tester, OTDR və s.)
- TIA/EIA-568, ISO/IEC 11801 kimi beynəlxalq standartlarla tanışlıq
- CCTV sistem arxitekturasını və şəbəkə əsaslı quruluşu anlamaq
Şəxsi keyfiyyətlər:
- Texniki dəqiqlik və səliqə
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik
- Sahədə işləmə, montaj və texniki ölçmələr aparma bacarığı
- İş təhlükəsizliyi və yanğın təhlükəsizliyi normalarına ciddi riayət
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra)
- Korporativ nömrə,danışıq limiti
QEYD: Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Kabel idarəetməsi üzrə texniki mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.