A AVICOM LLC
  • 411

Kabel idarəetməsi üzrə texniki mütəxəssis (CCTV və Data Center Layihələri)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kabel idarəetməsi üzrə texniki mütəxəssis (CCTV və Data Center Layihələri)

  • Истекает 23 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • Yer: Abşeron, Azərbaycan
  • İş Rejimi: Tam ştat
  • Əmək haqqı namizədin bilik,bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma ilə müəyyənləşdiriləcək.

Vəzifənin məqsədi:

  • CCTV və Data Center infrastrukturlarında kabel sistemlərinin strukturlaşdırılmış, etibarlı, və səliqəli şəkildə qurulması və texniki baxım işlərinin icrası.

Əsas vəzifələr:

  • CCTV kameraların, NVR-lərin, şəbəkə və elektrik xətlərinin kabel marşrutlarının planlaşdırılması və çəkilməsi
  • Data Center və server otaqlarında UTP/STP, fiber optik və enerji kabellərinin tray sistemləri ilə quraşdırılması
  • Rack kabinet, patch panel və switch-lərlə əlaqələrin qurulması və kabellərin standartlara uyğun etiketlənməsi
  • Mövcud infrastrukturun texniki auditi və kabel topologiyasının sənədləşdirilməsi (Visio və ya AutoCAD – üstünlükdür)
  • Termal təhlükəsizlik, yanğın riski və havalandırma tələblərinə uyğun kabel yönləndirilməsi
  • Kamera və DC avadanlıqlarının yerləşdiyi sahələrdə texniki səliqə və təhlükəsizlik qaydalarının qorunması

Namizədə tələblər:

Təhsil:

  • Orta ixtisas və ya ali texniki təhsil (elektronika, elektrik mühəndisliyi, İT və s.)

Təcrübə:

  • CCTV sistemləri və ya Data Center kabel infrastrukturunun qurulmasında minimum 3 il təcrübə

Texniki bacarıqlar:

  • Strukturlaşdırılmış kabel sistemləri (Cat6/6A, fiber optic, coaxial) üzrə bilik
  • Patch panel, rack kabinet, tray sistemləri, kamera bağlantıları üzrə təcrübə
  • Kabel test cihazları ilə işləmək bacarığı (cable tester, OTDR və s.)
  • TIA/EIA-568, ISO/IEC 11801 kimi beynəlxalq standartlarla tanışlıq
  • CCTV sistem arxitekturasını və şəbəkə əsaslı quruluşu anlamaq

Şəxsi keyfiyyətlər:

  • Texniki dəqiqlik və səliqə
  • Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik
  • Sahədə işləmə, montaj və texniki ölçmələr aparma bacarığı
  • İş təhlükəsizliyi və yanğın təhlükəsizliyi normalarına ciddi riayət

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Təlimlərdə iştirak;
  • Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra) 
  • Korporativ nömrə,danışıq limiti

QEYD: Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Kabel idarəetməsi üzrə texniki mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.           

  • Daily117
  • Weekly117
  • Monthly2411