A AVICOM LLC
  • 560

Layihə Meneceri (İT avadanlıqlar üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə Meneceri (İT avadanlıqlar üzrə)

  • Deadline 23 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Layihələrin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi;
  • İT avadanlıqlarının satışında 1-3 illik təcrübəsi;
  • Hər hansı bir məhsulun rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı;
  • Verilən baza (DataBase) ilə iş təcrübəsi;
  • MS Office proqramları ilə iş təcrübəsi 
  • Mükəmməl Azərbaycan dili biliyi (ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir);
  • Məsuliyyətli və güclü analitik düşünmə bacarığı;
  • Məxfilik prinsiplərinin qorunması
  • Videomüşahidə və radar sistemləri layihələrində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat (vəzifə öhdəlikləri):

  • Layihənin planlaşdırılması və icrası, layihənin məqsədlərinə uyğun olaraq ətraflı plan hazırlamaq və onun uğurla həyata keçirilməsini təmin etmək;
  • Layihə hesabatlarının hazırlanması, layihənin gedişi, nəticələri və qarşılaşdığı çətinliklər barədə müntəzəm hesabatlar hazırlamaq;
  • Layihələrlə bağlı potensial riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların qarşısını almaq üçün strategiyalar.
  • Yeni məhsulun inkişafı üçün təchizat və istehsal ilə bağlı təkliflərin irəli sürülməsi;
  • Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Risklərin müəyyən edilməsi, ölçülməsi və nəzarətin aparılması prosesində iştirak;
  • Təchizat və müqavilələrin idarə edilməsi: təchizatçılarla müqavilələrin hazırlanması, icrası və nəzarəti;
  • İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
  • Əlaqələrin idarə edilməsi: layihə iştirakçıları, müştərilər və digər maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq və əlaqələri idarə etmək;
  • Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi;
  • B2B görüşlərinin təşkili və təqdimatların hazırlanması
  • Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması
  • Risklərin müəyyən edilməsi, ölçülməsi və nəzarətin aparılması prosesində iştirak; 
  • Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
  • Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi. digər tapşırıqlarının yerinə yetirilməsi;

İş Şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək:
  • Nahar fasiləsi 13:00-dan-14:00-dək
  • Əmək haqqı: 2000 /2500 AZN
  • Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir.

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Təlimlərdə iştirak;
  • Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra) 
  • Korporativ nömrə,danışıq limiti

QEYD: Tələblərə cavab verən namizədlər  CV-lərini mövzu yerinə Layihə Meneceri (İT avadanlıqlar üzrə) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly483
  • Monthly2215