Namizədə dair tələblər:
- Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahədə ali və yaxud orta təhsil.
- Reklam və Marketinq üzrə ən azı 3 il iş təcrübəsi;
- Yaş həddi: 25-35
- Dil bilikləri: Azərbaycan və Ingilis dillərini mükəmməl, Rus dilini isə yaxşı səviyyədə bilmək.
- Kompüter bilikləri: MS Office; Meta,Google Ads, Google Analytics, Email Marketing (Hubspot) işləmə bacarığı;
- Foto və video çəkiliş, redaktə və montaj bacarığı (Adobe Premiere Pro, Final Cut Pro, Photoshop və ya oxşar proqramlarda təcrübə üstünlükdür).
- Reklam və Marketinq strategiyalarının tətbiqi planının hazırlanması;
- Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu
- Məsuliyyətli, Analitik düşünmə bacarığı
- Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı üstünlükdür.
- Yaradıcı, Kreativlik, Komanda ilə işləmək bacarığı;
- Məxfilik prinsiplərinin qorunması
İş barədə məlumat: (vəzifə öhdəlikləri)
- Şirkətin sosial media hesablarını (Facebook, Instagram, LinkedIn və s.) idarə etmək və inkişaf etdirmək.;
- Sosial media üçün məzmun planı hazırlamaq və paylaşım cədvəllərini tənzimləmək.
- Foto və video çəkilişlərini həyata keçirmək, məzmun yaratmaq və montaj etmək.
- Həftəlik toplantılarda iştirak etmək, görülən işlər haqqında hesabat təqdim etmək;
- Google Ads, Meta Business Suite, TikTok Ads və digər platformalarda reklam kampaniyalarını hazırlamaq, icra etmək və optimallaşdırmaq.;
- Rəqəmsal marketinq analitika alətləri vasitəsilə müştəri davranışlarının və reklam nəticələrinin analiz edilməsi;
- Rəqəmsal marketinqdə yeni texnologiyaları (AI və avtomatlaşdırma alətləri) tətbiq etmək.
- SEO və SEM strategiyalarını bir-biri ilə əlaqəli şəkildə həyata keçirmək.
- Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi;
İş Şərtləri:
- Əmək haqqı: 800-1000 AZN
- 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək:
- Şənbə və bazar istirahət günləri:
- Könüllü tibbi sığorta, korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir:
- Ünvan: Polad Həşimov küçəsi, Saray qəsəbəsi, Yeni yol “AVICOM” MMC
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
QEYD: Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə Reklam və Marketinq üzrə mütəxəssis qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.