Vəzifə Öhdəlikləri
- Layihənin ümumi və detallı iş qrafikinin (Baseline Schedule) hazırlanması – Primavera P6 və ya MS Project;
- Tikinti mərhələlərinin ardıcıllığının (WBS) qurulması və resurs/çıxdaş planlamasının hazırlanması;
- Gündəlik, həftəlik və aylıq icra hesabatlarının hazırlanması (Progress Report);
- Sahə işlərinin faktiki icra vəziyyətinin izlənməsi və plan-fakt təhlilinin aparılması;
- Tikinti üzrə kritik yolun (Critical Path) müəyyən edilməsi və müntəzəm yenilənməsi;
- BOQ əsasında iş həcmlərinin planlaşdırılması və irəliləyişə nəzarət;
- Risklərin, gecikmələrin və potensial problemlərin analizi, bərpa qrafiklərinin hazırlanması;
- Podratçılardan daxil olan qrafiklərin qiymətləndirilməsi və təsdiq üçün uyğunlaşdırılması;
- Layihə rəhbərliyinə və işəgötürənə vaxtında hesabatların təqdim edilməsi;
Texniki Bacarıqlar
- Primavera P6 proqramında yüksək səviyyədə bilik (vacib);
- MS Project, Excel (Advanced), Power BI bilikləri;
- Layihə sənədləşməsi, WBS, BOQ, resurs və çıxdaş planlaması üzrə biliklər;
- İş icra planları, metodologiyalar və logistik qrafiklərlə işləmə bacarığı;
- Mexaniki, elektrik, inşaat və proses işlərinin ardıcıllığını oxuya və təhlil edə bilmək.
Təhsil və Təcrübə
- İnşaat mühəndisliyi, sənaye mühəndisliyi, layihə idarəetməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Tikinti layihələrində minimum 5 il, infrastruktur və su/tullantı suyu layihələrində təcrübə – üstünlükdür;
- Böyük həcmli layihələrdə planlama təcrübəsi.
Namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.