İşin xüsusiyyəti:
Metalların, karbonlu və legirlənmiş poladlardan sadə və orta mürəkkəbli detalların kəsilməsi, əlvan metalların və ərintilərin nişanlar üzrə əl ilə qaynaq tikişini bütün vəziyyətlərdə kəsmək üçün olan keçirci və stasionar oksigen və plazma qövslü maşınlarda düzxətli və fiqurlu, oksigen və hava-plazmalı kəsilməsi. 300 mm-dən yuxarı qalınlıqlı tökmələrdə əlavələrin kəsilməsi. Köhnəlmiş kran, ferma, maşın və başqa mürəkkəb qırıntının Dövlət standartına uyğun ölçüdə əl ilə nişanlama, əlvan metal tullantılarının ayrılması və təmirdən sonra istifadə olunması ilə maşın hissə və qovşaqların saxlanması şərtilə oksigenlə kəsmə, benzin-kəsici və neft-kəsici aparatlarda kəsilməsi.
Bilməlidir:
Qulluq edilən stasionar və keçirci oksigen və plazma qövslü maşınların, əl kəsiklərinin və müxtəlif sistemli generatorların quruluşunu; xüsusi tərtibatların quruluşunu; kəsilən metal və ərintilərin xüsusiyyətlərini; maşınla fiqurlu kəsmədə ülkülərə (kopirlərə) qoyulan şərtləri və onlardan istifadə etmə qaydalarını; qazla kəsmə və yonmada dəqiqlik xətalarını; metalın qalınlığı ilə müştüyün sayı və oksigen təzyiqi arasında ən əlverişli nisbətləri; kəsmə rejimini və qazelektrik və oksigenlə kəsmədə qazın sərfini.
Tələblər:
- Yaş: 25-55 yaş
- Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə) arzuolunandır.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Namizədlər CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.