1C üzrə Proqramçı

  • Истекает 24 январь 2026

Vəzifə öhdəlikləri:

  • 1C:ERP və UT konfiqurasiyalarında mürəkkəb funksionallıqların, modulların, formaların və reqistrlərin hazırlanması və mövcud 1C həllərinin biznes tələblərinə uyğunlaşdırılması;
  • Biznes proseslərinin tələblərinə uyğun olaraq optimal texniki həllərin dizayn edilməsi;
  • Hazırlanan 1C tətbiqlərinin keyfiyyətinə tam nəzarət, test strategiyalarının qurulması, səhvlərin aradan qaldırılması;
  • 1C sistemində proqram və verilənlər bazası səviyyəsində mürəkkəb xətaların analizi və operativ həlli, sistemin davamlı və stabil işləməsinin təmin edilməsi;
  • 1C tətbiqlərinin digər daxili və xarici sistemlərlə inteqrasiyasının arxitekturasının qurulması və həyata keçirilməsi;
  • Verilənlər bazası arxitekturasının idarə edilməsi və performansın optimallaşdırılması, məlumat təhlükəsizliyi və istifadəçi hüquqlarının qorunmasına nəzarət;
  • Ehtiyat nüsxələmə, bərpa və arxivləşdirmə proseslərinin planlaşdırılmasında və icrasında iştirak;
  • Texniki sənədlərin hazırlanması, saxlanması və standartlaşdırılması (kod sənədləri, texniki dizaynlar, istifadəçi təlimatları).

Tələblər

  • 1C konfiqurasiyalarında (1C:ERP, UT) minimum 3 il praktiki iş təcrübəsi;
  • Mürəkkəb 1C arxitekturalarının dizaynı və tətbiqi üzrə dərin biliklər.
  • 1C ‘Язык запросов’ və ‘СКД’ üzrə yüksək səviyyəli biliklər;
  • ‘Хранилище’ ilə işləmə bacarığı və təcrübə
  • Sistem inteqrasiyaları (API, SOAP, məlumat mübadiləsi, üçüncü tərəf sistemləri) üzrə real layihə təcrübəsi;
  • Verilənlər bazası performansı və optimallaşdırma texnikaları üzrə biliklər;
  • Biznes proseslərin yüksək səviyyədə analizi və texniki dizayn bacarığı;
  • Analitik düşüncə, məsuliyyət və qərarvermə bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təhsil - Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily7
  • Weekly356
  • Monthly2036