Təsvir
- Beauty kateqoriyasının distribütor və pərakəndə satış kanallarında kompleks idarə olunmasını təmin etmək;
- Kateqoriyanın inkişaf strategiyasının formalaşdırılmasında iştirak etmək, bazar tendensiyaları, mövsümlük və brendlərin potensialını nəzərə almaq;
- Tədarük planlamasında və məhsul portfelinin formalaşdırılmasında iştirak etmək, məhsulların anbarda və apteklərdə mövcudluğunu nəzarətdə saxlamaq;
- Yeni brendlərin və məhsulların lansmanı üzrə təkliflər hazırlamaq, təchizatçılar və tərəfdaşlarla danışıqlarda iştirak etmək;
- Aptek və distribütor portfeli üçün assortiment matrislərini hazırlamaq, dövriyyəni nəzarətdə saxlamaq və out-of-stock halları minimuma endirmək;
- Kateqoriya üzrə qiymət siyasətini – həm tədarük, həm pərakəndə səviyyədə – formalaşdırmaq, rəqabət mühiti, hədəf marja və brendin mövqeyini nəzərə almaq;
- Təchizatçılar və daxili marketinq departamenti ilə birlikdə marketinq fəaliyyətlərini hazırlamaq, promo-təqvimi tərtib etməkdə iştirak etmək;
- Aptek şəbəkəsində kampaniyaların həyata keçirilməsini təşkil etmək və nəzarət etmək, onların effektivliyini və satışlar ilə kateqoriyanın payına təsirini qiymətləndirmək;
- Ticarət nöqtələrində brendlərin düzgün təqdimatını, vizual görünüşünü və tanınmasını təmin etmək.
- Kateqoriyanın sinxron idarə olunması üçün tədarük, marketinq, logistika, əməliyyat idarəetməsi və sahə komandaları ilə əməkdaşlıq etmək;
- Satışlar, marja, dövriyyə, promo-effektivliyi və distribütor tədarük dinamikası üzrə analitik hesabatlar hazırlamaq;
- Apteklərdə çalışan əczaçılar və beauty-məsləhətçilərin kateqoriya məhsulları və əsas brendlər üzrə təlimində iştirak etmək.
Tələblər
- Ali təhsil (marketinq, iqtisadiyyat, menecment, əczaçılıq və ya əlaqəli sahələr üzrə);
- Beauty & Personal Care kateqoriyasında, FMCG və ya aptek pərakəndə satış sahəsində ən azı 3 il iş təcrübəsi;
- Kateqoriyaların idarə olunması (Category Management) və məhsul həyat dövrü üzrə dərin biliklər;
- Kateqoriyanın inkişaf strategiyasının hazırlanması və brend portfelinin idarə olunması təcrübəsi;
- Bazar, rəqiblər, istehlakçı davranışı və satışların təhlili üzrə bacarıqlar, strateji qərarvermə qabiliyyəti;
- Tədarük planlaması, təchizatçılarla danışıqlar aparmaq və müqavilə şərtlərini idarə etmək bacarığı;
- Qiymət siyasəti və promosiya kampaniyalarının hazırlanması, effektivliyinin qiymətləndirilməsi və strategiyanın tənzimlənməsi təcrübəsi;
- Liderlik keyfiyyətləri, komandaların koordinasiyası, kiçik mütəxəssislərin təlimi və mentorluğu;
- Analitik bacarıqlar, Excel, Power BI və digər hesabat/planlaşdırma alətlərində iş təcrübəsi;
- Proaktivlik, məsuliyyət, nəticəyə yönəlik iş prinsipi və strateji hədəflər üzrə qərarvermə qabiliyyəti;
- Rus və İngilis dillərində sərbəst danışıq/yazma bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Peşə təhsili
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.