Ərazilər: Bakı (Binə anbarı)
İşin təsviri:
- İş növbəsinin vaxtında başlamasını təmin etmək, avadanlıq və alətlərin hazır vəziyyətdə olmasını yoxlamaq.
- Anbar şöbələri ilə əlaqə quraraq sifarişlərin effektiv şəkildə yerinə yetirilməsini təşkil etmək.
- Sifarişlərin prioritetlərinə əsaslanaraq, işçi resurslarını müxtəlif sahələr arasında yenidən bölüşdürmək, lazım olan sahələrdə resursları artırmaq.
- İşçilərin sifarişlərin toplama sürətini və keyfiyyətini izləmək.
- İşçilərlə müntəzəm profilaktik müsahibələr aparmaq, sifarişlərin toplama standartlarının vacibliyini izah etmək.
- Anbar rəhbərinə gündəlik hesabat hazırlamaq və təqdim etmək.
- Yeni işçiləri anbarın biznes proseslərinə uyğun olaraq təlimatlandırmaq, onların iş prosesinə tam inteqrasiyasını təmin etmək.
- Bütün işçilərin müəyyən edilmiş biznes prosesləri və anbar standartlarına riayət etməsini təmin etmək.
- Anbarın təmizliyini və qaydasını qorumaq, iş sahələrinin müntəzəm olaraq təmizlənməsini təşkil etmək.
- Rəhbərlik tərəfindən verilən müxtəlif tapşırıqları yerinə yetirmək.
- Daxili nizam-intizam qaydalarına və korporativ standartlara riayət olunmasını təmin etmək.
Tələblər:
- Anbardar və ya qrup rəhbəri kimi 1-3 il təcrübə (arzuolunandır).
- Anbar proqramları ilə işləmə bacarığı.
- İdarəçilik bacarığı
- Diqqətlilik, sürət, dəqiqlik.
- İntensiv iş tempinə hazır olmaq.
- Növbəli iş qrafikinə hazır olmaq.
Təklifimiz:
- Əla iş şərtləri: növbəli qrafik, sığorta, şirkət hesabına nahar, servis, karyera yüksəlişi;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!
Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.