Avromed Company QSC Avromed Company QSC
  • 939

Sürücü

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sürücü

  • Истекает 7 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ərazilər: Bakı (Binə anbarı)

İşin təsviri:

  • Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq. 
  • Sənədlərə uyğun olaraq anbarlardan yükləri qəbul etmək.
  • Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək.
  • Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət edir, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirir.
  • Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq.
  • Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq.

Tələblər:

  • Müəyyən sahədə 3-5 il təcrübə (arzuolunandır).
  • Sürücülük vəsiqəsi.
  • Diqqətlilik, sürət, dəqiqlik.
  • İntensiv iş tempinə hazır olmaq.
  • Növbəli iş qrafikinə hazır olmaq.

Təklifimiz:

  • Əla iş şərtləri: növbəli qrafik, sığorta, şirkət hesabına nahar, servis, karyera yüksəlişi;
  • Müvafiq sahədə peşəkar inkişaf;
  • Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!

Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly0
  • Monthly751