Texniki işçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki işçi

  • Deadline 7 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ərazilər: Bakı (Binə anbarı)

İşin təsviri:

  • Anbarın mühəndis sistemlərinin (işıqlandırma, isitmə, havalandırma, su təchizatı) profilaktik baxımını və təmirini həyata keçirmək.
  • Anbar avadanlıqlarının (rəflər, qapılar, yükləyicilər) kiçik təmirini anbar direktorunun göstərişinə əsasən yerinə yetirmək.
  • Mühəndis sistemlərinin və avadanlıqların vəziyyətini nəzarətdə saxlamaq, nasazlıqlar barədə məlumat vermək.
  • Anbar sahələrinin və avadanlıqların planlı yoxlamalarında iştirak etmək.
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar normalarına riayət etmək.
  • Anbar direktorunun texniki nasazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Texniki işçi kimi 3-5 il təcrübə (arzuolunandır).
  • Elektrik işləri üçün sertifikat.
  • Diqqətlilik, sürət, dəqiqlik.
  • İntensiv iş tempinə hazır olmaq.
  • Növbəli iş qrafikinə hazır olmaq.

Təklifimiz:

  • Əla iş şərtləri: növbəli qrafik, sığorta, şirkət hesabına nahar, servis, karyera yüksəlişi;
  • Müvafiq sahədə peşəkar inkişaf;
  • Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!

Maraqlananlar CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly0
  • Monthly751