Avropa Azərbaycan Məktəbi komandamıza qoşulmaq üçün məsuliyyətli və diqqətli Mühasib-Operator axtarır.
Vəzifə öhdəlikləri:
- Qaimə, hesab-faktura və digər maliyyə sənədlərinin hazırlanması və yoxlanılması
- Kassa və bank əməliyyatlarının uçotunun aparılması
- Debitor və kreditor hesablaşmalarına nəzarət
- Ödənişləri icra etmək
- Gündəlik əməliyyatların 1C proqramına işlənməsi
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi
- Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasına dəstək göstərilməsi
- Mühasibatlıq şöbəsinin gündəlik iş prosesində iştirak etmək
- Rəhbərliyin verdiyi diqər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Mühasibatlıq, maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- 1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı
- MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə bilik
- Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
İş şəraiti
- İş qrafiki: bazar ertəsi-cümə, 08:00-17:00
- Əmək haqqı: 1100 AZN (net)
Maraqlanan namizədlər mövzu bölümündə “Mühasib” yazaraq CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.