Biz hal-hazırda məktəb mağazamızda çalışacaq, valideynlərə və maraqlı olan hər kəsə məktəb ləvazimatları və formalarının satışını həyata keçirəcək Satış Nümayəndəsi axtarırıq.
Vəzifələr:
- Məktəb mağazasına gələn müştəriləri qarşılamaq və onlara xidmət göstərmək;
- Məktəb ləvazimatları və formalarının satışını həyata keçirmək;
- Məhsullar haqqında müştərilərə tam və dəqiq məlumat vermək;
- Sifarişlərin qeydiyyatını aparmaq və müştərilərə lazımi dəstəyi təmin etmək;
- Satış prosesini idarə etmək, mağazadakı məhsulların inventarını izləmək;
- Məhsul çeşidlərini artırmaq və yeni müştərilər cəlb etmək;
- Mağaza rəhbərliyinə satış hesabatları təqdim etmək.
Tələblər:
- Satış sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Yaxşı ünsiyyət bacarıqları və müştəri məmnuniyyətinə yönümlü olmaq;
- Ofis texnikası ilə işləmə bacarığı (ofis proqramlarında işləmə bacarığı)
- Diqqətli, məsuliyyətli və təşəbbüskar olmaq;
- Komanda ilə işləmə bacarığı;
- Rus və ingilis dillərini bilmək arzuolunandır.
Maraqlanan şəxslər CV-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər.