Əsas vəzifə öhdəlikləri:
- Brendin strateji inkişafı və yerli bazarların xüsusiyyətlərinə uyğun marketinq və reklam kampaniyalarının hazırlanması;
- Bazar təhlili, rəqabət mühiti və hədəf auditoriyasının ehtiyaclarının müəyyən edilməsi;
- Beynəlxalq tərəfdaşlar və daxili komandalarla (marketinq, logistika) sıx əməkdaşlıq edilməsi;
- Effektiv kommunikasiya və reklam kampaniyalarının hazırlanması, həyata keçirilməsi;
- İcra olunan brend tədbirlərinin effektivliyinin ölçülməsi və hesabatların hazırlanması;
- Brend büdcəsinin idarə edilməsi və xərclərinin optimallaşdırılması;
- Fərqli ölkələrdəki marketinq strategiyalarının araşdırılması və brendlə uyğunlaşdırılması;
- Məhsulların bazarda mövqeyinin müəyyənləşdirilməsi və təqdim edilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Güclü analitik düşüncəyə malik olması;
- MS Office (xüsusilə Excel və PowerPoint) proqramları yaxşı səviyyədə bilməsi;
- Kollektivdə işləmə bacarığı;
- Yaxşı ünsiyyət və təşkilati bacarıqlar.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznes istiqamətində);
- Marketinq və ya brend menecmenti sahəsində min 3 illik təcrübə (FMCG sahəsində təcrübə üstünlükdür);
- Dil bilikləri: Rus dili yaxşı səviyyədə bilməli (ingilis dilini bilməsi üstünlük təşkil edir);
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Dinamik və yaradıcı komanda;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer-Beynəlxalq Alkoqol Brendi üzrə” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.