Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif şöbələrin ehtiyaclarına uyğun hesabatların hazırlanması;
- Mövcud analitik sistemlərin təkmilləşdirilməsində komandaya dəstək verilməsi;
- Verilən tapşırıqlara uyğun data sorğularının (SQL) yazılması;
- Müxtəlif mənbələrdən (məs. Excel, SQL, və s.) məlumatların toplanması və təmizlənməsi;
- Məlumatların analiz edilməsi və nəticələrin vizual formatda təqdim edilməsi (Power BI, Excel və s. vasitəsilə);
- Rəhbərliyə aylıq, rüblük və illik data əsaslı hesabatların təqdim edilməsi;
- Çox mürəkkəb DAX sorğularının yazılması;
- SSAS (SQL Server Analysis Services) tabular modelləri ilə işlənilməsi və dəyişikliklərə nəzarət edilməsi;
- SSIS (SQL Server Integration Services) paketlərinin izlənilməsinin test edilməsi və sadə ETL proseslərində iştirak edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək səviyyədə Excel bilikləri;
- Microsoft Power BI proqramı ilə təcrübə (xüsusilə DAX dili)
- SQL (MS SQL üstünlükdür) üzrə biliklər;
- Logo Sistemini bilmək üstünlükdür;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Yüksək ünsiyyət bacarıqları.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsilli (Riyaziyyat, İqtisadiyyat, Maliyyə ixtisaslarında üstünlükdür)
- İş təcrübəsi: Data analitika və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi, FMCG sektorunda təcrübə üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data Analitika Mütəxəssisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.