Əsas vəzifə öhdəlikləri:
- İllik daxili audit planının hazırlanması və yoxlanışının həyata keçirilməsi;
- Periodik auditlərin koordinasiya edilməsi;
- Şöbə daxilində məsuliyyətlərin işçilər arasında bölüşdürülməsi;
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının aparılması;
- Risklərin və əməliyyatların analiz edilməsi;
- Risklərin qiymətləndirilməsi və risklərin idarə edilməsində prosedurların tətbiqinin effektivliyinin yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
- Dəlillərin müəyyən edilməsi, sübutların nəzərdən keçirilməsi və təhlil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsinin təmin edilməsi;
- Nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
- Şirkətdə korporativ idarəetmə prosesinin qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair tövsiyələrin verilməsi;
- Qayda və prosedurların həyata keçirilməsinin yoxlanılması və qiymətləndirilməsi;
- İcra strukturlarının daxili idarəetmə qaydalarına və risklərə (ölçülə bilən və ölçülə bilməyən) nəzarət etməsinin yoxlanılması və qiymətləndirilməsi;
- Aktivlərin qorunması sistemlərinin yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
- Müəssisədaxili konfidensiallığın qorunmasına riayət edilməsi;
- Audit nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar haqqında audit hesabatlarının hazırlanması və üst rəhbərliyə təqdim edilməsi;
- Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
- Əla ünsiyyət bacarıqları – həm yazılı, həm də şifahi (xüsusilə hesabat yazmaq);
- İdarəetmə bacarığı;
- Planlaşdırma bacarığı;
- Konfliktlərin idarə olunması bacarığı;
- Yüksək dürüstlük, obyektivlik bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- Audit sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
- Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Windows proqramları ilə işləmək bacarığı;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- Ezamiyyətlərdə iştirak etmək imkanı;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Audit Şöbəsinin Rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.