Avrora Group Avrora Group
  • 427

Maliyyə Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə Meneceri

  • Deadline 27 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avrora Group Retail/FMCG sahəsində təcrübəsi olan Maliyyə Meneceri axtarır !

Əsas vəzifələr:

  • Şirkətin büdcəsinin hazırlanması və icrasına nəzarət
  • Cash flow planlaması və idarə olunması
  • P&L və maliyyə hesabatlarının hazırlanması və təhlili
  • Maya dəyəri və marja analizlərinin aparılması
  • Xərc optimizasiyası və biznes effektivliyinin artırılması
  • Rəhbərlik üçün analitik maliyyə hesabatlarının hazırlanması
  • Vergi və rəsmi mühasibatlıq proseslərinə nəzarət
  • İdxal və gömrük əməliyyatlarının maliyyə hissəsinin idarə olunması

Tələblər:

  • Bəy namizəd
  • Maliyyə və ya mühasibatlıq sahəsində 4 il iş təcrübəsi
  • Vergi Məcəlləsi və rəsmi mühasibatlıq üzrə praktiki bilik
  • Maliyyə hesabatlarının hazırlanması və analizi bacarığı
  • MS Excel üzrə yüksək səviyyədə bilik (mütləqdir)
  • Logo ERP, 1C və ya digər ERP sistemləri ilə iş təcrübəsi
  • ACCA F3 və ya ekvivalent maliyyə bilikləri (üstünlükdür)
  • Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili üstünlükdür)

İdeal namizəd:

  •  Yüksək iş etikası və korporativ davranış qaydalarına riayət edir
  • Korporativ mühitdə özünü düzgün və peşəkar şəkildə aparmağı bacarır
  • Məsuliyyətli, diqqətli və intizamlıdır, üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirir
  • Öz işinə qarşı tələbkardır, fəaliyyətini mütəmadi olaraq özü yoxlayır və səhvləri vaxtında müəyyən edərək aradan qaldırır
  • Detallara diqqət yetirir, diqqətsizliyə yol vermədən iş prosesinə nəzarət edir
  • Analitik və strateji düşünmə, düzgün qərarvermə və problem həll etmə bacarığına malikdir
  • Nəticə yönümlü və təşəbbüskardır, işin keyfiyyətinə və nəticəsinə görə məsuliyyət daşıyır
  • Daxili nəzarət və maliyyə intizamının təmin olunmasına ciddi yanaşır
  • Komanda ilə işləmə, əməkdaşlarla düzgün ünsiyyət qurma və zəruri hallarda liderlik etmə bacarığına malikdir

Biz nə təklif edirik:

  • Rəqabətli əməkhaqqı
  • Stabil və uzunmüddətli əməkdaşlıq
  • Karyera inkişafı və peşəkar mühit
  • Strateji maliyyə qərarlarında iştirak imkanı
  • İş saatı: 09:00–18:00
  • Ünvan: Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46D

CV-lərinizi “Maliyyə Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily116
  • Weekly652
  • Monthly2405