Əsas vəzifə öhdəlikləri:
- Müvafiq şöbə tərəfindən verilən satış planları əsasında minimum-maksimum qalıqları, təmin edilmə müddətini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırır;
- Sifarişlərin yoxlanılması, analizi və lazımi təmin etmə müddəti ərzində icra edir;
- Müqavilələrin bağlanması, eyni zamanda cari statusunu, mövcudluğunu yoxlayır və müqavilələrə aid əlavələrin və spesifikasiyaların imzalanmasını təmin edir;
- Sistem üzərində satınalma sifarişlərini yazıb ödənişə təqdim edir;
- Təhcizatçılarla münasibətlərin qurulması və qiymətləndirilməsi prosesində iştirak edir;
- Carilər üzrə borcların izlənilməsini təmin edir;
- Hazır məhsullar üzrə maliyyə planını təqdim edir;
- Rəsmiləşməyə görə sənədləri Xarici Logistika Şöbəsi üçün təmin edir;
- Keyfiyyətə nəzarət üçün zəruri sənədləri təmin edir;
- Xarici bazardan daxil olacaq məhsulların xarici logistika ilə koordinasiyasını həyatə keçirir;
- Satış, plan və fakt planların analizi və hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan dili və rus dili əla, ingilis dili bilikləri üstünlükdür;
- Komanda ilə işləmə bacarığı;
- Diqqətcil və məsuliyyətli olmalı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sahə üzrə min. 2 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə 46 C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən Cv-lərini mövzu hissəsinə “Hazır məhsul və xammal üzrə satınalma mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.