Avrora Avrora
  • 710

Hazır məhsul və xammal üzrə satınalma mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazır məhsul və xammal üzrə satınalma mütəxəssisi

  • Deadline 22 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Müvafiq şöbə tərəfindən verilən satış planları əsasında minimum-maksimum qalıqları, təmin edilmə müddətini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırır;
  • Sifarişlərin yoxlanılması, analizi və lazımi təmin etmə müddəti ərzində icra edir;
  • Müqavilələrin bağlanması, eyni zamanda cari statusunu, mövcudluğunu yoxlayır və müqavilələrə aid əlavələrin və spesifikasiyaların imzalanmasını təmin edir;
  • Sistem üzərində satınalma sifarişlərini yazıb ödənişə təqdim edir;
  • Təhcizatçılarla münasibətlərin qurulması və qiymətləndirilməsi prosesində iştirak edir;
  • Carilər üzrə borcların izlənilməsini təmin edir;
  • Hazır məhsullar üzrə maliyyə planını təqdim edir;
  • Rəsmiləşməyə görə sənədləri Xarici Logistika Şöbəsi üçün təmin edir;
  • Keyfiyyətə nəzarət üçün zəruri sənədləri təmin edir;
  • Xarici bazardan daxil olacaq məhsulların xarici logistika ilə koordinasiyasını həyatə keçirir;
  • Satış, plan və fakt planların analizi və hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir.

Tələb olunan bilik və bacarıqlar:

  • MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər. 
  • Dil bilikləri: Azərbaycan dili və rus dili əla, ingilis dili bilikləri üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı;
  • Diqqətcil və məsuliyyətli olmalı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Sahə üzrə min. 2 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə 46 C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən Cv-lərini mövzu hissəsinə “Hazır məhsul və xammal üzrə satınalma mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily60
  • Weekly283
  • Monthly311