Əsas vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin BOQ (Bill of Quantities) sənədlərinin hazırlanması və ya yoxlanılması;
- Layihə çertyojlarına əsasən torpaq işləri, beton, armatur,metal konstruksiya, hörgü,suvaq,rəngsaz, su izolyasiyası, fasad və interyer işləmələri üzrə həcm hesabatlarının çıxarılması;
- Podratçıların təqdim etdiyi həcm və ödəniş aktlarının yoxlanılması, layihəyə və sahəyə uyğunluğunun qiymətləndirilməsi;
- Podratçıların təqdim etdiyi günlük, həftəlik, aylıq progress hesabatlarının planlama mühəndisi ilə birgə yoxlanması;
- Change order / variation order hallarında həcm və qiymət dəyişikliyinin hesablanması və əsaslandırılması;
- Sahə mühəndisləri ilə birgə yerində ölçmə və təsdiqləmə işlərinin aparılması;
- Dəyişikliklər, gecikmələr və əlavə işlərlə bağlı ölçü və qiymətləndirmə sənədlərinin tərtib edilməsi;
- Əməkdaşlıq etdiyi mühəndis komandası ilə koordinasiyalı şəkildə həcm hesablama işlərinin aparılması;
Tələb olunan bilik və bacarıqlar:
- AutoCAD, 3D Civil (üstünlükdür), AutocadRevit, Primavera (üstünlükdür),MS Office proqramları üzrə biliklər;
- Torpaq işləri (kazı, dolğu), beton, armaturlama, karkas, su izolyasiyası, hörgü və s. üzrə çertyoj oxuma və həcm çıxarma bacarığı;
- Podratçıların iş həcmlərinin dəqiq qiymətləndirilməsi;
- Layihədə texniki dəyişiklikləri həcimə çevirmək bacarığı;
- Layihədə olan dəyişiklikləri ölçülərə və həcimə çevirmək bacarığı;
- Texniki şərtlər və müqavilələr üzrə ölçmə prinsiplərinə bələdlik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 5 il təcrübə – BoQ, Smeta, ölçü aktları üzrə.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli)
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həcm mühəndisi Civil” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.