Avrora Avrora
  • 886

Avrora

Distributors

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 1 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkət daxili hüquqi sənədlərin tərtib edilməsi;
  • Şirkətin tərəf olduğu müqavilələr üzrə yaranmış mübahisəli halların aradan qaldırılması məqsədi ilə yazışmaların tərtib edilməsi;
  • Etibarnamələrin tərtib edilməsi;
  • Şirkətə vurulmuş zərərin ödənilməsi məqsədi ilə istənilən dövlət və qeyri-dövlət təşkilatları ilə danışıqların aparılması və lazımi hüquqi sənədlərin tərtib edilməsi;
  • İddia ərizələrinin, etirazların, sorğuların və digər prosessual sənədlərin tərtib edilməsi, məhkəmə qətnamə, qərar və qərardadlarından prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şikayətlərin tərtib edilməsi və aidiyyatı məhkəməyə təqdim edilməsi;
  • Şirkətin bütün dövlət və qeyri-dövlət təşkilatlarında, hüquq mühafizə orqanlarında, məhkəmələrdə təmsil edilməsi;
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin öyrənilməsi, mənimsənilməsi və onlara əməl edilməsi; 
  • Müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərin artırılması.
  • Şirkətin tərəf olduğu məhkəmə qərarlarının icrası məqsədi ilə icra və probasiya şöbələrində şirkətin mənafelərinin müdafiə edilməsi;
  •  İcra vərəqlərinin məcburi icra olunmasının tələb edilməsi, icra məmurunun hərəkət və hərəkətsizliklərindən, qərarlarından aidiyyatı üzrə şikayət verilməsi və həmin şikayətlərin təmin olunmasının tələb edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft proqramları üzrə biliklər (Word, Excel və s.)
  • Korporativ yazı qaydaları üzrə biliklər;
  • Komandada işləmə bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsilli (Müvafiq sahə üzrə)
  • İş təcrübəsi: Sahə üzrə təcrübəsi min. 2 il (icra hüququ üzrə üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis və rus dili biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily121
  • Weekly472
  • Monthly591