Əsas vəzifə öhdəlikləri:
- Şirkətin kommunikasiya strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş plan üzrə icranı təmin etmək;
- Media əlaqələrini qurmaq və davamlı idarə etmək;
- Press-reliz və rəsmi PR məzmunların hazırlanması;
- Sosial məsuliyyət layihələrinin hazırlanması və icrasında iştirak etmək;
- Daxili kommunikasiya tədbirlərinin hazırlanması və icrasında iştirak etmək;
- Partnyorlar və dövlət qurumları ilə kommunikasiya proseslərinin koordinasiyasında iştirak;
- Brendin ictimai imicini gücləndirmək üçün xüsusi PR kampaniyaları təklif və icra etmək;
- PR büdcəsinin effektiv istifadəsini təmin etmək və xərclərə nəzarət etmək;
- Qrupa daxil olan şirkətlər üçün tədbirlərin təşkilində iştirak.
Tələb olunan bilik və bacarıqlar:
- PR alətləri və texnologiyaları üzrə bilik;
- Media ilə işləmə və press-reliz hazırlama bacarığı;
- Tədbirlərin təşkili üzrə təcrübə;
- KSM və daxili kommunikasiya aktivliklərinin təşkili üzrə bilik və bacarıqlar;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Kreativ düşüncə və təşəbbüskarlıq;
- Media monitorinq və hesabatların hazırlanması.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təcrübə: Minimum 3 il (PR və ya korporativ kommunikasiya sahəsi üzrə);
- Təhsil: Ali (Jurnalistika, Marketinq sahələri üzrə minimum bakalavr dərəcəsi);
- Dil bilikləri: Rus və ya ingilis dili (arzuolunan).
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.