Əsas vəzifə öhdəlikləri:
- İnnovasiya layihələrinin icrası və idarə edilməsi;
- Bazar araşdırmaları əsasında yeni məhsul konseptlərinin hazırlanması və inkişaf etdirilməsi;
- Yeniliklərin araşdırılması və bazar təhlilinin aparılması;
- Xammal, dad və istehsal avadanlıqlarının araşdırılması;
- İstehsal proseslərinin araşdırılması və təkmilləşdirilməsi;
- Beynəlxalq və yerli AR-GE mərkəzləri ilə əməkdaşlıq qurmaq və texnoloji yeniliklərin tətbiq edilməsi;
- Yeni məhsulların inkişafı və tətbiqi üçün istehsalat bölməsi ilə koordinasiyalı şəkildə işlərin aparılması;
Tələb olunan bilik və bacarıqlar:
- İnnovasiya və AR-GE prosesləri üzrə biliklər: Yeni məhsul inkişafı, reseptura təkmilləşdirilməsi, texnoloji yeniliklər.
- İstehsalat və qida sənayesi bilikləri: Xammal, istehsal avadanlıqları, qida təhlükəsizliyi və keyfiyyət standartları.
- Texnoloji araşdırmalar və bazar təhlili: Yeni texnologiyaların tətbiqi və bazara uyğun innovasiya strategiyalarının hazırlanması.
- Təchizatçılar və AR-GE mərkəzləri ilə iş: Yeni xammal, avadanlıq və texnologiyalar üzrə danışıqlar və əməkdaşlıq.
- İnnovativ düşüncə və kreativ yanaşma: Yeniliklərin tətbiqini təşviq edərək biznesə əlavə dəyər yaratmaq.
- Layihə idarəetmə bacarığı: İnnovasiya layihələrinin planlaşdırılması, icrası və izlənilməsi.
- MS Office proqramları üzrə biliklər.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təchicazt,biznesin idarə edilməsi, iqtisadiyyat sahəsində bakalavr və ya magistr təhsili
- CIPS sertifikatı üstünlükdür
- Ali təhsil (Qida Texnologiyaları, Kimya, Biotexnologiya, İstehsalat Mühəndisliyi, Marketinq və ya Biznes İdarəetməsi üzrə ali təhsil)
- 5-7 il AR-GE, yeni məhsul inkişafı və ya innovasiya sahəsində iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə)
- Dil bilikləri: Azərbaycan dili və ingilis dili əla, rus dili yaxşı.
İş qrafiki:
- Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- İşçilərə inkişaf proqramı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları
- Nahar şirkət tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnnovasiya Şöbə Müdiri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.