Əsas vəzifə öhdəlikləri:
- MEP sistemlərinin layihə spesifikasiyalarına və müvafiq standartlara uyğun icrasını təmin etmək.
- MEP sistemlərinin quraşdırılması prosesində işlərin keyfiyyətini izləmək, müvafiq testlər və yoxlamalar aparmaq.
- İstifadə olunan materialların keyfiyyətini və uyğunluğunu yoxlamaq, sertifikatlaşdırılmış istehsalçıların materiallarından istifadə edilməsini təmin etmək.
- MEP sistemlərinin quraşdırılması zamanı işlərin düzgünlüyünü, prosedur və qaydalara riayət olunmasını təmin etmək.
- Layihə ərzində təhlükəsizlik standartlarına riayət olunmasını izləmək, təhlükəsizlik risklərini müəyyən etmək.
- MEP işlərinin keyfiyyətinə dair mütəmadi hesabatlar hazırlamaq və sifarişçiyə təqdim etmək.
- MEP sistemləri ilə bağlı meydana gələn problemləri tez bir zamanda müəyyən etmək və həll yolları tapmaq.
- Podratçılar, dizaynerlər və digər mütəxəssislərlə sıx əməkdaşlıq edərək layihənin müvəffəqiyyətini təmin etmək.
- Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək.
Tələb olunan bilik və bacarıqlar:
- Geodeziya və xəritəçilik mühəndisliyi üzrə ali təhsil.
- Mexanika, Elektrik və ya İnşaat üzrə ali təhsil.
- Tikintidə MEP Keyfiyyətə nəzarət mühəndisi kimi minimum 5 il iş təcrübəsi.
- Autocad və alternativ proqramlarda biliklər.
- Tikinti sənədləşməsini (aktlar jurnallar və s. ) bacarmalı .
- Keyfiyyətə nəzarət sənədləşmələrini (NFİ, NCR, MAR, MRR və s.) bilməli.
- İnglis dili səviyyəsi minimum B1.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş yeri: Quba
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Yaşayış yeri ilə təmin olunma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət mühəndisi (MEP)” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.