Avrora Avrora
  • 892

Laboratoriya Bölmə Rəhbəri

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Laboratoriya Bölmə Rəhbəri

  • Deadline 27 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, hesabatların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
  • Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək;
  • Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;
  • Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağını normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək;
  • Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadəni təmin etmək;
  • Laboratoriya qeydiyyat jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirməsinə nəzarəti həyata keçirmək;
  • Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak etmək;
  • Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasını mənimsəyib tətbiq etmək;
  • Sınaq nəticələrini və sınaq protokollarını hazırlamaq;
  • İxrac olunan məhsulların keyfiyyət şəhadətnamələrinin hazırlanmasına nəzarət edilməsi.
  • Əməkdaşların təlim ehtiyaclarını müəyyən edir, İnsan resurslarına bildirir və təlimlərin gerçəkləşdirilməsini tələb edir.
  • Əməkdaşların ehtiyac yarandıqda sahələr üzrə rotasiyalarını aparır.

Tələb olunan bilik və bacarıqlar:

  • Un, Makaron, Qənnadı və İçki sahələri üzrə laboratoriya analizlərini bilməli;
  • Unun texniki göstəriciləri haqqında yüksək biliklər;
  • İstehsal prosesini bilməli;
  • İşdə dəqiqlik və detallara diqqət etmə qabiliyyəti;
  • Ofis proqramları ilə işləmə bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • İş təcrübəsi: 3 ildən artıq (Un, Makaron, İçki və Qənnadı məhsulları istehsalı sahəsi üzrə)
  • Təhsil: Ali (Kimya, Qida məhsulları mühəndisliyi üzrə).

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Laboratoriya Bölməsinin Rəhbəri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik263
  • Aylıq263