Avrora Avrora
  • 808

Mal-material, avadanlıq üzrə satınalma mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mal-material, avadanlıq üzrə satınalma mütəxəssisi

  • Deadline 22 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Tələb sorğuları icra edir;
  • Sistemdə mövcud olan sifarişləri təhlil edir;
  • Satınalma proseduruna uyğun olaraq tender və təklif sorğularının keçirilməsini təşkil edir;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, qiymət müqayisə cədvəllərinin və satınalma sifariş sənədlərinin hazırlanaraq rəhbərliyə təqdim edir;
  • Şirkətin əvvəlcədən təyin olunmuş kateqoriyalar üzrə zəruri avadanlıqlar, iş və xidmətlərlə təmin edilməsi üçün sifarişçi və təchizatçılarla daim əlaqəni təmin edir;
  • Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişçilərə və onların icra vəziyyətinə dair vahid baza üzrə sorğuları izləyir;
  • Yerli şirkətlərlə təhvil-təslim aktları və problemli sənədlərin sistemə daxil edir;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət edir, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlərin həyata keçirir;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət edir;
  • Təchizatçıların analizi və digər proseslərin effektiv idarəolunmasını həyata keçirir;
  • Zəruri hesabatların hazırlanaraq rəhbərinə təqdim edir;
  • Təqdim olunmuş illik alış rəqəmləri əsasında təchizatçı araşdırır və tender üçün təqdim edir

Tələb olunan bilik və bacarıqlar:

  • MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər. 
  • Dil bilikləri: Azərbaycan dili və rus dili əla, ingilis dili bilikləri üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı;
  • Diqqətcil və məsuliyyətli olmalı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Marketinq satınalmaları sahəsi üzrə min. 2 il iş təcrübəsi

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə 46 C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən Cv-lərini mövzu hissəsinə “Mal-material, avadanlıq üzrə satınalma mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily61
  • Weekly284
  • Monthly312