Avrora Avrora
  • 483

Memar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Memar

  • Deadline 8 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Layihəçi ilə sahə komandası arasında memarlıq və digər mühəndis bölmələr üzrə əsas əlaqələndirici şəxs kimi çıxış etmək.
  • Tikinti layihəsinin memarlıq, konstruksiya, mexanika, elektrik, HVAC və digər çertyojlarının təhlil olunması və birbirinə uyğunluqlarının yoxlanması.
  • Layihə sənədlərində olan boşluqların və unudulmuş detalların müəyyən olunması və layihəçi ilə birlikdə optimallaşdırılması.
  • Sahə komandası ilə birgə uyğunsuzluq hallarını vaxtında layihəçiyə çatdırmaq, həll yollarının təklif edilməsi.
  • Ehtiyac olduqda layihənin 3D modelinin və renderlərinin hazırlanması, vizual alternativ təkliflərin hazırlanması və layihə rəhbərinə təqdim olunması.
  • Layihə dəyişiklikləri (reviziyalar) zamanı bütün bölmələrin əlaqələndirilməsi və uyğunluğun təmin olunması
  • Layihənin gedişində dizayn niyyətinə uyğunluğun qorunması və texniki qərarların bu istiqamətdə yönləndirilməsi.
  • Sahə ilə gündəlik koordinasiya, layihə sənədlərinin izahı və iş prosesinə uyğun yönləndirilməsi.
  • İş və material həcmlərinin hesablanmasına dəstək göstərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • AutoCAD.
  • Revit.
  • ArchiCAD.
  • 3D modelləmə və render ümün  proqramları -SketchUp, Lumion, 3ds Max. 
  • MS Office.
  • Memarlıq və mühəndis layihələrinin bölmələrarası oxunması və qarşılıqlı uyğunluğunun təhlili.
  • Layihə boşluqlarını aşkarlamaq, layihəçiyə texniki suallar hazırlamaq və yazılı şəkildə sorğular (RFI) göndərmək bacarığı.
  • Tikinti prosesində layihəyə uyğunluğun təmin olunmasına nəzarət və sahə komandası ilə əməkdaşlıq
  • Layihənin vizuallaşdırılması və dizayn qərarlarının təqdimat halına salınması bacarığı

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Memarlıq və ya inşaat mühəndisliyi ixtisası üzrə ali təhsil.
  • Minimum 5 il iş təcrübəsi – layihələndirmə və tikinti mərhələlərində, xüsusilə çoxbölməli layihələrdə.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Memar” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily95
  • Weekly445
  • Monthly1198