Avrora Avrora
  • 695

Mikrobioloq

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mikrobioloq

  • Deadline 12 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Keyfiyyət təhlükəsizlik planına uyğun olaraq yarımfabrikatlarda və hazır məhsullarda analizləri həyata keçirir;
  • Analiz qeydiyyatlarını aparır və nəticələri vaxtında məsul şəxslərə bildirir;
  • Laboratoriyaya daxil olan nümunələri təlimata uyğun qəbul edir, aidiyyatı üzrə yönləndirir və sənədləşdirir;
  • Xammal qəbul proseduruna əsasən analizləri həyata keçirir və qeydiyyatını aparır;
  • İstehsal edilən hər partiyalı məhsul üçün keyfiyyət vəsiqələrini hazırlayır;
  • Günlük uyğunsuzluqlara dair hesabatları laboratoriya müdirinə və keyfiyyət mütəxəssisinə verir;
  • Laboratoriya avadanlıqların, cihaz və alətlərin təmiz və saz saxlanmasına nəzarət edir;
  • Kalibrasiya və doğrulama əməliyyatlarını həyata keçirir;
  • Laboratoriya sahəsinin təmizliyinə riayət edir və qeydiyyatını aparır;
  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Dövlət tərəfindən qoyulan sanitar-gigiyena, HACCP, İSO 9001, İSO 22000 və İSO 17025  beynəlxalq standartlarının tələblərinə uyğun olaraq müvafiq işləri həyata keçirir.

Tələb olunan bilik və bacarıqlar:

  • İSO 17025 tələblərinə uyğun laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
  • Laboratoriya analizlərinin aparılması;
  • Analiz üçün lazım olan məhlulların hazırlanması;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Kimya,Biologiya sahəsində); 
  •  İş təcrübəsi: Sahə üzrə minimum 1 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki : Növbəli;
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli);

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mikrobioloq” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019